“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

Naftalanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

News Image

Naftalanda 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbiri keçirilib

Oktyabrın 4-də Naftalan şəhərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan Şəhər Komitəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bayram tədbirləri keçirilib.


Səmimi və xoş əhval-ruhiyyədə təşkil olunan tədbirlərdə təhsil işçiləri bir araya gəliblər. Tədbirlərdə müəllimlərin gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolundan bəhs edilib, onlara ən xoş arzular çatdırılıb.


Naftalanda "Müəllim Günü" münasibəti ilə 65 yaşı tamam olmuş ittifaq üzləri ilə görüş keçirilib

News Image

Naftalanda "Müəllim Günü" münasibəti ilə 65 yaşı tamam olmuş ittifaq üzləri ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər komitəsi təhsil işçilərinə diqqət və qayğı tədbirlərini davam etdirir. Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi, ittifaq üzvü Muradova Şəlalə Qnyaz qızının və Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta ümumtəhsil məktəbinin müəllimi, ittifaq üzvü Əmirova Aybəniz Cuğu qızının yubileyləri münasibətilə görüşlər keçirilib.


Görüşdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri İsmayılova Pərvanə Bayram qızı iştirak etmişdir.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin baş müşaviri Pərvanə İsmayılova və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin sədri Ramil Bayramov yubilyarları təbrik edərək, elm və təhsilin inkişafındakı xidmətlərinə görə onlara öz təşəkkürünün bilidirib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonda yubilyarlara Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.

Naftalanda ittifaq üzvlərinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün gəzintilər təşkil edilib

News Image

Naftalanda ittifaq üzvlərinin asudə vaxtlarını səmərəli təşkil etmək üçün gəzintilər təşkil edilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi öz üzvlərinin asudə vaxtlarının səmərəli və mənalı təşkili, eləcə də iş yorğunluğunun aradan qaldırılması məqsədilə növbəti maarifləndirici və istirahət xarakterli tədbirini həyata keçirib.Komitənin təşkilatçılığı ilə ilk həmkarlar ittifaqı təşkilatlarının üzvləri olan təhsil işçiləri üçün ölkəmizin füsunkar təbiətə və zəngin tarixi-mədəni irsə malik dilbər guşələrinə gəzintilər təşkil olunub.

Naftalanda 65 yaşı tamam olmuş ittifaq üzləri ilə görüş keçirilib

News Image

Naftalanda 65 yaşı tamam olmuş ittifaq üzləri ilə görüş keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi yubilyarları mükafatlandırıb

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi ittifaq üzvlərini diqqətdə saxlamaqda davam edir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən 65 yaşı tamam olan ittifaq üzvləri Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif edildi.

Görüşlərdə yubilyarların elm və təhsilin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Naftalanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

News Image

Naftalanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən Naftalan Şəhəri üzrə ümumtəhsil müəssisələrinin təhsil işçiləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının ikinci mərhələsi (şəhər mərhələsi) keçirilmişdir.


Yarışın nəticələrinə əsasən:

I yeri Ələsgərov Amil Nazim oğlu

II yeri Verdiyeva Elminə Vüsal qızı

III yeri Fərhadov Elman Xanlar oğlu


Qaliblər fəxri fərman və mükafata layiq görülmüşdür.


Yarışın II mərhələsinin qalibi Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin ittifaq üzvü Ələsgərov Amil Nazim oğlu üçüncü mərhələdə (final mərhələsi) iştirak etmək hüququ qazanmışdır. Ələsgərov Amil Nazim oğluna üçüncü mərhələdə uğurlar arzulayırıq!

Naftalanda "Novruz bayramı" münasibətilə tədbir təşkil edilib

News Image

Naftalanda "Novruz bayramı" münasibətilə tədbir təşkil edilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən xalqımızın qədim və əziz bayramı olan Novruz bayramı münasibətilə silsilə bayram tədbirləri təşkil edilib.


Səmimi və xoş bayram ovqatında keçən tədbirlərdə milli adət-ənənələrimiz, zəngin mədəni irsimiz və Novruzun gətirdiyi birlik, bərabərlik, dostluq və həmrəylik dəyərləri öz əksini tapıb. İştirakçılar baharın gəlişini böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd ediblər.


Novruzun hərarəti evlərimizə ruzi-bərəkət, süfrələrimizə bolluq, qəlblərimizə sevinc və həyatımıza yeni ümidlər gətirsin!


Bütün xalqımızı Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər kəsə möhkəm cansağlığı, ailə səadəti, firavanlıq və bol uğurlar arzulayırıq!

Naftalanda "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib

News Image

Naftalanda "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə tədbir keçirilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən "8 Mart – Beynəlxalq Qadınlar Günü" münasibətilə Naftalan şəhər V.Namazov adına Körpələr evi- uşaq bagçasinin bir qrup ittifaq üzvlərinin iştirakı ilə səmimi görüş təşkil edilib.

20 Yanvar faciəsindən 36 il ötür

News Image

20 Yanvar faciəsindən 36 il ötür

Yanvarın 20-də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsinin ittifaq üzvləri faciə qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Vətən Uğrunda Həlak Olanların Memorial Kompleksini ziyarət ediblər.

Naftalanda "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə bayram tədbirləri təşkil edilib

News Image

Naftalanda "31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni il" münasibətilə bayram tədbirləri təşkil edilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan şəhər Komitəsi tərəfindən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil edilib.


Tədbirlərdə həmrəylik, birlik, dostluq və qarşılıqlı hörmət kimi dəyərlər ön plana çəkilib. İştirakçılar bayramın xoş ovqatını bölüşərək musiqi, səmimi söhbətlər və unudulmaz anlarla dolu gözəl vaxt keçiriblər.

Bu əlamətdar günlər münasibətilə hər kəsi ürəkdən təbrik edir, xalqımıza milli birlik və həmrəylik, ölkəmizə əmin-amanlıq, hər bir ailəyə sevinc, sağlamlıq, xoşbəxtlik və firavanlıq arzulayırıq!


Qoy yeni il hər kəsə yeni uğurlar, xoş xəbərlər və bol sevinc gətirsin!

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan Şəhər Komitəsinin tabeliyində olan müəssisələrdə silsilə tədbirlər keçirilib.

News Image

27 sentyabr Anım Günü ilə əlaqədar olaraq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan Şəhər Komitəsinin tabeliyində olan müəssisələrdə silsilə tədbirlər keçirilib.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Naftalan Şəhər Komitəsinin tabeliyində olan müəssisələr 7 sentyabr Anım Günü ilə əlaqədar olaraq ittifaq üzvləri tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş Xatirə Kompleksi ziyarət olunub, Kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin müqəddəs xatirəsi dərin hörmətlə yad edilib.